HƏMAS-ın İsrailə hücumu nəticəsində 250 nəfər öldü – YENİLƏNİB

İsrailin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 250-ə yüksəlib.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 1200-ə yaxın yaralı var.

***22:57

İsrailin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 200-ə yüksəlib.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 1452 nəfər isə yaralanıb.

***21:25

İsrailin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 150-ə yüksəlib.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində 1104 nəfər isə yaralanıb.

***18:00

HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 800 nəfərə çatıb.

Məlumatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir.

***16:24

Son məlumatlara görə, İsrailə raket zərbələri nəticəsində azı 40 nəfər ölüb, 740-dan çox insan yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hazırda İsrail ordusu Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirir.

***14:22

HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.

***13:47

HƏMAS-ın İsrailə davam edən hücumu nəticəsində 22 nəfər ölüb, 300-ə yaxın insan yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Yaralanan şəxslərdən 70-nin vəziyyətinin ağır olduğu bildirilib.

***12:14

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Globalinfo.az “Report”a istinadən istinadən xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir. Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu sirenləri səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.