hamas i izrail

HƏMAS israilli girovun meyitinin olduğu tabutu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələrinə təhvil verib.

Globalinfo.az İsrail mediasına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Hazırda tabut Təl-Əvivə aparılır. Orada girovun şəxsiyyəti müəyyənləşdiriləcək.

Qeyd edək ki, atəşkəs razılaşmasına uyğun olaraq HƏMAS tərəfindən İsrailə təhvil verilməsi nəzərdə tutulan 28 girovdan indiyə qədər 20-si geri qaytarılıb. Onlardan 18-i İsrail, ikisi isə Tailand və Nepal vətəndaşlarıdır.

Bundan əvvəl HƏMAS sözçüsü hərəkatın girovların meyitlərinin təhvil verilməsi prosesini başa çatdırmaq üçün çalışdığını bildirib.

Paylaş: