HƏMAS daha 10 məhbusu təhvil verdi

HƏMAS daha 10 girovu Qırmızı Xaç rəsmilərinə təhvil verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi açıqlama yayıb.

İsrailin isə bu gecə 30 fələstinlini (15 uşaq, 15 qadın) azad edəcəyi gözlənilir.

Qeyd edək ki, İsraillə HƏMAS arasında 24 noyabrdan atəşkəs elan edilib.