İsrail ordusu HƏMAS-ın kəşfiyyat xidmətinin rəhbərlərindən daha birini öldürüb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayılıb.
Məlumatda bildirilib ki, HƏMAS kəşfiyyat departamentinin rəis müavini Şadi Barudan məhv edilib:
“İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti oktyabrın 7-də törədilən qətliamın planlaşdırılmasına cavabdeh olan HƏMAS kəşfiyyat departamentinin rəis müavinini öldürüb”.