“İyunun 9-da İrəvanda keçiriləcək əsas mitinq izdihamlı olmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu erməni keşiş Baqrat Qalstanyan deyib.
O, mitinqiniyunun 9-da saat 18:30-da İrəvanın “Respublika” meydanında baş tutacağını deyib və vətəndaşları mitinqə gəlməyə səsləyib.
“Biz həyatımızı yaxşılaşdırmaq üçün meydanda toplanacağıq. Hərəkat bir neçə mərhələdə inkişaf edir. Birinci mərhələ hərəkat tərəfdarlarının Kirantsdan İrəvana yürüşüdür. İkincisi, mayın 9-dan 26-dək davam edən proseslərdir. Bu zaman hərəkat peşəkar icmalarla çoxlu görüşlər keçirib. Mayın 26-dan sonra üçüncü, həlledici mərhələ başlayıb. Biz dövlət qurumlarına gedərək onlara vətəndaşlarımızın vəziyyəti haqqında məlumat vermişik. İndi isə xalq ayağa qalxıb öz vətənini qorumalıdır”, – deyə Qalstanyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az