ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “MH-60S Sea Hawk” hərbi helikopteri Ərəb dənizində qəza enişi edib. Hadisə nəticəsində ekipajın bir üzvü itkin düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, helikopter “George H.W. Bush” aviadaşıyıcı zərbə qrupunun tərkibində olub.
“Qəzanın düşmən hərəkətləri nəticəsində baş verdiyini göstərən heç bir əlamət yoxdur. Ekipajın dörd üzvündən üçü tapılıb və hazırda “George H.W. Bush” aviadaşıyıcısının göyərtəsindədir. Bölgədəki ABŞ Hərbi Dəniz Qüvvələri itkin düşən bir ekipaj üzvünün axtarışlarını davam etdirir”, – məlumatda qeyd olunub.
Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.
Aysel Əliyeva
Globalinfo.az