674cab9dae327674cab9dae3281733077917674cab9dae325674cab9dae326

Suriya ordusu Rusiya hava qüvvələrinin köməyi ilə İdlib, Həma və Hələb əyalətlərində terrorçuların hücumunu dəf etmək üçün əməliyyatı davam etdirir. 24 saat ərzində azı 320 silahlı və 63 texnika məhv edilib. 

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini Oleq İqnasyuk məlumat verib.

O bildirib ki, silah-sursat anbarları, MLRS və artilleriya mövqeləri, ən azı 320 yaraqlı və 63 ədəd avtomobil və zirehli texnika məhv edilib.

Suriyanın “SANA” agentliyinin yaydığı məlumatda bildirilib ki, Rusiya və Suriya hərbçilərinin Hələbin Es-Safira yaşayış məntəqəsinə endirdiyi birgə zərbələr nəticəsində onlarla terrorçu öldürülüb.

“Suriya və Rusiya Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi aviazərbələr nəticəsində Hələbin Es-Safira yaşayış məntəqəsində onlarla terrorçu öldürülüb və yaralanıb”, – məlumatda deyilir.

Globalinfo.az

Paylaş: