Həkimlərimizin Xankəndidə xilas etdiyi erməni qadınlardan xəbər var

Aprelin 4-də gecə saatlarında halı pisləşdiyi üçün Xankəndiyə çatdırılan qadınlar xəstəxanadan evə buraxılıblar.

Globalinfo.az xəbər verir ki, xəstəxanadan qadınların vəziyyətinin yaxşı olduğu və müdaxilənin vaxtında edildiyini bildiriblər.

Qeyd edək ki, ötən gün vəziyyəti pisləşən 4 erməni Azərbaycanın tibbi yardım maşınında həkimlərimizin ilkin müdaxiləsindən sonra Xankəndidəki xəstəxanaya çatdırılıblar.

Ayşən Mustafa
Globalinfo.az