ursula von der leyen 900x675 1

Avropa Komissiyasının sədri Ursula von der Leyen Rusiyanın Baltikyanı ölkələrə ünvanladığı “təhdidləri” qəbuledilməz adlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində paylaşım edib.

“Sosial şəbəkədə Rusiyanın Baltikyanı dövlətlərimizə qarşı açıq təhdidləri tamamilə qəbuledilməzdir. Heç kimin buna şübhəsi olmasın. Bir üzv dövlətə qarşı təhdid bütün ittifaqa qarşı təhdiddir”, – siyasətçi yazıb.

Leyen vurğulayıb ki, Avropa İttifaqı (Aİ) şərq cinahının təhlükəsizliyini gücləndirməyə davam edəcək, bütün səviyyələrdə etibarlı kollektiv müdafiə və döyüş hazırlığını təmin edəcək.

Bundan əvvəl rusn kəşfiyyatı iddia etmişdi ki, Ukrayna Baltikyanı ölkələrin ərazisindən pilotsuz uçuş aparatları buraxmağı planlaşdırır.

Kreml xəbərdarlıq etmişdi ki, əgər həmin dövlətlər Kiyevə öz ərazilərindən dron buraxmağa icazə versələr, NATO üzvlüyü onları cavab tədbirlərindən qorumayacaq.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: