“Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanunu ləğv etmək və LGBT-yə qoyulan məhdudiyyətləri aradan qaldırmaq niyyətində deyil”.
Globalinfo.az xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Bu, sizi qane etməyəcək, amma biz qəbul edilən qərarları geri götürməyəcəyik. Bu qanunlar sayəsində hakimiyyət parlament seçkiləri öncəsi etiraz potensialını zərərsizləşdirə bilib. Əgər bu qanun olmasaydı, on minlərlə insan indi Rustaveli küçəsinə toplaşıb hər şeyi məhv edərdi. Həm xarici agentlər haqqında qanun, həm də “LGBT təbliğatını” qadağan edən qanun gürcü xalqının əksəriyyəti tərəfindən dəstəklənib. Biz fərqli Avropanı tanıyırıq və istəyirik. LGBT bizə lazım deyil. Əminəm ki, Avropada mühafizəkar qüvvələr oyanacaq və onlar anlayacaqlar ki, öz ölkələrinin real mentalitetinə əsaslanan ənənəvi xristian milli dəyərləri daha vacibdir. Heç kim Gürcüstanı şəffaflıq haqqında qanunu və LGBT təbliğatına qarşı olan qanunu ləğv etməyə çağırmağa cəsarət etməyəcək”, – deyə Mdinaradze vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az