“Heç bir razılaşma olmayacaq, əgər Vaşinqton…” – Araqçı xəbərdarlıq etdi

01JVF6MRBCJP8ASMG5JJG691EB

İranın xarici işlər naziri Abbas Araqçı ölkəsinin nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının artıq bərpa edilə bilməyəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, SNN telekanalına açıqlamasında deyib.

“Birgə Hərtərəfli Fəaliyyət Planı hələ ki ölməyib, amma onu diriltmək mümkün deyil. Bu razılaşmanı unutmaq lazımdır”, – o qeyd edib.

ABŞ-la yeni danışıqlar raundunu şərh edən nazir bildirib ki, əgər Vaşinqton uranın zənginləşdirilməsinin tamamilə dayandırılmasında israr etsə, heç bir razılaşma əldə olunmayacaq.

Aysel Əliyeva
Globalinfo.az