2024 03 02t040227z 819571353 rc28d6a9toq2 rtrmadp 3 haiti violence

Silahlı qrupların üzvləri Haitinin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək, orada bir neçə yüz məhbusu azad ediblər.

Globalinfo.az xəbər verir ki, bu barədə şənbə günü Gazette Haiti xəbər portalı məlumat yayıb.

Hücum nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Məhkumlar buraxıldıqdan sonra həbsxana nəzarətçiləri sərbəst buraxılıb. Hücum silahlı qruplarla mübarizə aparmaq üçün Haitiyə sülhməramlı kontingent göndərilməsi barədə razılığa gələn Keniyada respublikanın baş naziri Ariel Henrinin olmadığı vaxt baş verib.

Paylaş: