Həbsdə olan generalın məhkəməsində şahidlər dindirildi – FOTO

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Globalinfo.az xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxs video-konfrans vasitəsilə qatılıb.

Məhkəmədə şahidlər dindirilib. Proses yanvarın 30-da davam etdiriləcək.

Qeyd edək ki, T.Həsənov bu ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Eks-xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.

Həbsdə olan generalın məhkəməsində şahidlər dindirildi