rovsen akberovvjpg 1787817880

Həbsdə olan general-leytenant Rövşən Əkbərovun gənclik illərinə aid fotosu üzə çıxıb.

Globalinfo.az bildirir ki, Bakıvaxtı.az-ın redaksiyasına daxil olan foto Rövşən Əkbərovun hərbi xidmətinin gənclik dövrlərini əks etdirir.

Qeyd edək ki, Rövşən Əkbərov 1965-ci ildə anadan olub. O, uzun illər Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, müxtəlif yüksək vəzifələrdə çalışıb və general-leytenant hərbi rütbəsinə yüksəlib.

Rövşən Əkbərovun adı daha sonra 2001-ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində iş adamı Elçin Əliyevin öldürülməsi ilə bağlı cinayət işi üzrə gündəmə gəlib. Baş Prokurorluğun məlumatına görə, istintaq zamanı onun həmin şəxsin ölümündə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

2021-ci ilin martında Əkbərov qəsdən adam öldürmə və xuliqanlıq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli hökmü ilə Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını qismən təmin edərək 40 min manat məbləğində vəsaitin ödənilməsinə qərar verib.

Onun hərbi rütbəsinin və fəxri adlarının alınması isə zəruri hesab edilməyib.

WhatsApp Image 2026 08 27 at 12.49.23

Paylaş: