Tanınmış hüquq müdafiəçiləri, mətbuat rəhbərləri, QHT sədrləri, incəsənət xadimləri aktyor, rejissor və ssenarist Rza Rzayevlə bağlı Ali Məhkəmənin sədri İnam Kərimova rəsmi müraciət ünvanlayıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Səlahəddin Cəfərov məlumat verib.
Vəkilin sözlərinə görə, 50-yə yaxın tanınmış şəxs müraciətə imza atıb.
Müraciətdə xuliqanlıqda ittiham olunaraq, Apelyasiya Məhkəməsi tərəfindən 18 may 2023-cü ildə həbs edilən Rza Rzayev barədə Ali Məhkəməyə edilən kassasiya şikayətinin nəzarətə götürülməsi, işə humanizm prinsiplərindən yanaşılması, aktyorun cəmiyyətdə nüfuzunun nəzərə alınması və onun azadlığa buraxılması xahiş edilir.
Qeyd edək ki, R.Rzayev may ayının 18-i Tural Mirzəliyev və Ülvi Quliyevin şikayətləri əsasında həbs edilib.