Hazırlaşın, Azərbaycan Ordusu həmin ərazilərə girəcək – Danielyan

“Nikol Paşinyanın mətbuat konfransı keçirməkdə məqsədi Ermənistan ərazisinin 29 min 800 kvadrat kilometrdən az olduğunu demək idi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Politoloq Azərbaycan və Ermənistan liderləri arasında keçirilən sonuncu qapalı görüşdə Paşinyanın Bakıdan vaxt istədiyini bildirib:

“Böyük ehtimal baş nazirin mətbuat konfransı keçirməsi Azərbaycan Prezidentinin ultimatumuna əsasən baş tutub. Paşinyan konfransdakı açıqlamaları ilə xalqı 4 kəndin təhvil verilməsinə hazırlayır. Bunun üçün zəmin yaratmağa çalışır. Çox güman ki, Azərbaycan həmin ərazilərə hərbi yolla daxil olacaq, lakin Ermənistan müqavimət göstərməyəcək.

Azərbaycan və Ermənistan rəhbərləri arasında sonuncu keçirilən görüşdə Nikol Paşinyan böyük ehtimal Azərbaycan Prezidentindən vaxt istəyib ki, kəndlərin təhvilinə əhalini hazırlasın”.

Xatırladaq ki, Nikol Paşinyan ötən gün keçirdiyi mətbuat konfransında Ermənistan ərazisinin Sovet ensiklopediyalarına əsasən 29 min 743 kvadrat kilometr olduğunu, 29 min 800 kvadral kilometr rəqəminin sadəcə bu ölçünü yuvarlaqlaşdırılması üçün təqdim etdiklərini bildirib.

Ayşən Mustafa
Globalinfo.az