ABŞ Prezidenti Donald Tramp “Qremmi” tədbirinin aparıcısı Trevor Noahu məhkəməyə verməklə hədələyib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “TruthSocial” hesabında yazıb.
Buna səbəb kimi maliyyəçi Ceffri Epşteynlə bağlı zarafat olub.
“O, acınacaqlı və istedadsızdır. Görünür, vəkillərimin bu axmaq aparıcını məhkəməyə verməsini və ondan çoxlu pul tələb etməsini təmin etməliyəm. Hazırlaş, Noa, səninlə bir az əylənəcəyəm!”- deyə Ağ Ev rəhbəri qeyd edib.
Müğənni Billi Eilşə mükafatı təqdim edən Noa zarafatla bildirib ki, hər bir sənətçi Trampın Qrenlandiyanı istədiyi qədər “Qremmi” mükafatını istəyir. Aparıcı əlavə edib ki, Epşteynin ölümündən sonra ABŞ prezidentinin Bill Klintonla vaxt keçirmək üçün yeni bir adaya ehtiyacı var.
Əliyar Xəlil
Globalinfo.az