metro

Bakı Metropolitenində saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.

Bu barədə Globalinfo.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, yenilənmiş intervallar bunlardır: “Əhmədli–28 May” – 2 dəqiqə 8 saniyə, “28 May–Dərnəgül” – 4 dəqiqə 15 saniyə, “28 May–İçərişəhər” – 4 dəqiqə 15 saniyədir.

“Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir”, – məlumatda qeyd olunub.

Paylaş: