Avropanı neytral vasitəçi kimi görmürük – Fərid Şəfiyev

“Hazırda son hadisələr səbəbindən Avropanı neytral vasitəçi kimi görmürük”.

Globalinfo.az bildirir ki, bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev deyib.

Analitik hazırda Avropa platformasında – Brüsseldə Azərbaycana qarşı təzyiqə meyilli mühitin yarandığını təəssüflə qeyd edərək bunun formalaşmasında Fransanın böyük rol oynadığını bildirib: “Əgər münaqişənin tarixinə diqqətlə baxılsa, məsələnin təkcə ermənilərin Qarabağdan getməsi və oraya qaytarılmasından ibarət olmadığı görünər. Hələ sovetlər dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində 50 min azərbaycanlı yaşayırdı. Onlar haqqında heç danışılmır. Doğrudur, Brüssel formatı çərçivəsində biz bir çox şeylərə nail olmuşuq, ona görə də Brüsselin üzərindən birbaşa xətt çəkməzdim. Amma reallıqdır ki, indiki gedişat Azərbaycanı qane etmir”.

F.Şəfiyev görüşün ikitərəfli olması məsələsinə də diqqət çəkib: “Artıq Ermənistanla birbaşa, heç bir vasitəçi olmadan görüşmək istəyimizlə bağlı işarə var. Bu görüşün baş tutması üçün müxtəlif yerlər seçilə bilər, ən yaxın yer isə Tbilisidir. Ancaq yer problem deyil, əsas formatdır. Avropanı son hadisələrə görə neytral vasitəçi kimi görmürük, problem bundadır”.