“İsrailə sarsıdıcı zərbəyə hazırlaşırıq. Hədəf sionizmin məhvidir”.
Globalinfo.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanı Sərdar Salami deyib.
“Bu dəfə sionist rejimindən başqa cür qisas alacağıq. Cavab elə olacaq ki, bu rejim bir də qırmızı xətlərimizi pozmaq barədə düşünməyəcək. Bəziləri soruşur ki, bu nə vaxt baş verəcək? Mən onlara deyirəm ki, gözləyin, tezliklə bütün tapmacaların açması olacaq.
İsrail zərbə endirə və ya qaça bilməyəcək. Biz onlara sarsıdıcı zərbə vuracağıq. Hədəfimiz sionistlərin məhvidir və əminik ki, Allahın köməyi ilə biz sionizmin tarixinə son qoyacağıq”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az