7vlyp1UsMh1ZAtwqXDQU4q1wE8YF9qLLMccNkpql 1200

Son günlərdə Heydər Əliyev Beynəlxalq Aeroportunun adından sosial şəbəkələrdə açılmış saxta səhifələrdə guya itmiş baqajların satışı ilə bağlı elanlar yerləşdirilir və vətəndaşların şəxsi məlumatlarının toplanmasına cəhd göstərilir.

Bakı hava limanından Globalinfo.az-a bildirilib ki, bu tip məlumatlar tamamilə saxtadır və Heydər Əliyev Beynəlxalq Aeroportu ilə heç bir əlaqəsi yoxdur.

“Vətəndaşlarımızı diqqətli olmağa çağırır, məlumatları yalnız rəsmi mənbələrdən, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi airport.az saytından, sosial şəbəkə hesablarından izləməyi tövsiyə edirik. Saxta material, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, sosial şəbəkələrdə “Bakı Hava Limanı”nın elanı kimi belə bir məlumat paylaşılıb.

“İtmiş çamadanlar satılır. Üç aydan çox saxlanılan baqaj utilizasiyaya göndərilir. Anbarımızı boşaltmalı olduğumuz üçün çamadanları cəmi 1.88 AZN-ə satırıq”.

eC2wj2m0LLywbnJpopi7ZOASbPrYY5dGgCFnboX0 640

Paylaş: