Həftənin ilk günü hava belə olacaq

Dekabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Globalinfo.az Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 10-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Şahdağda qar yağıb.

Bu barədə Globalinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Düşən yağıntının miqdarı: Biləsuvarda 6 mm, Neftçalada 5 mm, Astara, Lənkəranda 4 mm, Sədərək, Biçənəkdə 2 mm, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Şahdağ, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Sabirabad, Şirvanda 1 mm-dək, Bakıda və Abşeron yarımadasında 6 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda 3 sm-ə çatıb.

Külək: Şimal-qərb küləyi Qobustanda 21 m/s, Şahdağda 20 m/s, Altıağacda 18 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Duman: Sumqayıt, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Beyləqanda müşahidə olunub.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 12 dərəcəyədək isti, Naxçıvan MR-da 4 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcə şaxta olub.