Türkiyədə son dövrlərdə “10 numara” və “Hav hav” kimi repləri ilə məşhurlaşan və “Lbvel C5” ləqəbi ilə tanınan Süleyman Burak Bodurun həbs edildiyinə dair məlumatlar yayılıb.
Globalinfo.az xəbər verir ki, 2001 təvəllüdlü Bodur, ötən axşam mahnılarında narkotiki təbliğ etdiyi əsas göstərilərək ifadə verməyə çağırılıb.
Onun barəsində açılan iş daha sonra məhkəməyə göndərilib. “Tv100″ün məlumatına görə, məhkəmə reper barəsində həbs qərarı çıxarıb.
Ona 5-10 il müddətinə hökm oxunduğu bildirilir.
Əliyar Xəlil
Globalinfo.az