Hatayda xəstəxana boşaldıldı – SƏBƏB/ VİDEO

Hatayda zəlzələdən sonra xəstəxana boşaldılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Məlumata görə, zəlzələ səbəbilə xəstəxanada yatan xəstələr, xəstə yaxınları və tibbi heyət xəstəxanadan təxliyə edilib.

Qeyd edək ki, yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə ardıcıl güclü zəlzələlər baş verib, afterşoklar müşayiət olunur.

Gülnar Səlimova

Globalinfo.az