“Harry Potter” serialının daha 9 aktyoru bəlli oldu – FOTO

MCDHAPO EC038 H 2025
Coan Roulinqin məşhur “Harri Potter” fentezi seriyasının televiziya adaptasiyası üçün ilk mövsüm – “Harri Potter və fəlsəfə daşı” – üzrə əsas aktyor heyətinin siyahısı genişləndirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Hollywood Reporter” məlumat yayıb.

Layihə çərçivəsində doqquz yeni aktyorun rolları açıqlanıb.

Ketrin Parkinson – Molli Vizli

Lox Pratt – Drako Malfoy

Conni Flinn – Lusius Malfoy

Leo Earley – Şeymas Finnigan

Alessia Leoni – Parvati Patil

Sienna Moosah – Lavanda Braun

Bel Pouli – Petunya Dörsli

Daniel Riqbi – Vernin Dörsli

Bertie Karvel – Kornelius Fac

Serialda obrazların kitablardakı yaşlarına daha uyğun təsvir olunması məqsədilə Petunya və Vernin Dörslinin yeni versiyaları əvvəlki filmlərlə müqayisədə daha gənc görünür. Xatırladaq ki, bu rolları daha əvvəl Riçard Qriffits və Fiona Şou canlandırmışdı. Kitabda hadisələr başladıqda bu obrazlar cəmi 30-35 yaşlarındadır.

Xatırladaq ki, bundan əvvəl isə aşağıdakı məşhur aktyorların rolları elan edilmişdi:

Con Litqou – Albus Dambldor

Canet MakTir – Minerva MakQonaqal

Paapa Essiedu – Severus Sneyp

Nik Frost – Rubius Haqrid

Lük Tallon – Kvirinus Kvirrel

Pol Uaythaus – Arqus Filç

Uşaqların əsas üçlüyü də artıq bəllidir:

Dominik MakLoflin – Harri Potter

Arabella Stanton – Hermiona Qreyncer

Alastair Stout – Ron Vizli

Qeyd edək ki, “HBO”nun açıqlamasına görə, yeddicildlik romanın hər cildi bir mövsüm olmaqla tam şəkildə ekranlaşdırılacaq.

“Serial sevilən kitab seriyasına sadiq qalaraq hərtərəfli və detallı şəkildə ekranlaşdırılacaq. Layihə “Max” platformasında yayımlanacaq”, – açıqlamada bildirilir.

Serialın rejissoru Mark Mayloddur.

photo 2025 06 09 20 56 11

Aysel Əliyeva
Globalinfo.az