Prezidentliyə namizəd kamala Harris seçki ərəfəsində öz rəqibi Donald Trampa qarşı hücumları artırmaq üçün strategiya seçib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən yazıb.
Bildirilib ki, seçkilər ərəfəsində Demokratlar Partiyasından prezidentliyə namizəd Kamalə Harris respublikaçı rəqibi, keçmiş prezident Donald Trampa qarşı hücumları gücləndirmək strategiyasını seçib.
“Harrisin ilk dəfə mitinqində Trampın videosunu nümayiş etdirməsi vitse-prezidentin rəqibinə getdikcə daha çox hücum etmək strategiyasının tərkib hissəsidir. Harris köməkçilərinə deyib ki, o, həmkarına qarşı həlledici arqumentlər irəli sürərkən Trampın video çıxışlarından yararlanmağa çalışır. Harris həmçinin seçiciləri Trampın mitinqlərini izləməyə təşviq edir və onun qəribə davranışını göstərmək istəyir”, – deyə nəşr yazıb.
Trampın seçki kampaniyasının sözçüsü Caroline Leavitt deyib ki, Harrisin “hücumları” ümidsizlikdən irəli gəlir. Çünki sonda o, məğlub olacaq.
Müşviq Tofiqoğlu
Globalinfo.az