Harris və Trampın sağlamlıq vəziyyətləri: allergiyası var…

ABŞ-ın vitse-prezidenti Kamala Harris “əla sağlamlıq vəziyyətindədir” və “fiziki, əqli sabitliyə malikdir”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

 

Məlumata görə, onun həkimi vitse-prezidentin xəstəlik tarixini və vəziyyətini ümumiləşdirən bir məktubla ictimaiyyətə məlumat yayıb. Bildirilir ki, onun prezident kimi işləməsinə mane olan heç bir xəstəliyi yoxdur.

ABŞ ordusunun polkovniki və vitse-prezidentin həkimi olan doktor Coşua Simmons yazıb ki, 59 yaşlı Harris sağlam, aktiv həyat tərzi sürür.

Harrisin son üç il yarımda əsasən allergik reaksiyalardan şikayəti olub. Hesabatda Simmons, həmçinin vitse-prezidentin yüngül vəziyyətdə görmə qabiliyyətinə görə kontakt linzalar taxdığını söyləyib.

Eyni zamanda Harrisin kampaniyası onun xəstəlik tarixinin açıqlanmasını 78 yaşlı Respublikaçı prezidentliyə keçmiş namizəd Donald Trampın fiziki və əqli sağlamlığını yaymaq üçün bir fürsət olaraq görür.

Harrisin səhhəti ilə bağlı açıqlama verildikdən sonra Trump kampaniyası onun “baş komandan kimi xidmət etmək üçün ideal və əla sağlamlıq vəziyyətində olduğunu” bildirən bir bəyanat verib, lakin onun səhhəti ilə bağlı təfərrüatlar açıqlanmayıb.