Kamala Harris seçki kampaniyasına Trampdan 5 milyon dollar daha çox pul xərcləyir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat dərc edib.
Məlumata görə, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris seçki kampaniyasına əsas rəqibi, Respublikaçı Donald Trampdan hər gün 5 milyon dollar çox xərcləyir.
Harris avqustda gündə orta hesabla 7,5, Tramp isə 2,6 milyon dollar xərcləyib.
Nəşr bildirir ki, Wall Street və Silikon Vadisi donorlarının ianələri demokrat namizədə Tramp əleyhinə “hücuma keçməyə” imkan verib. ABŞ Federal Seçki Komissiyasının məlumatına görə, Harris sentyabr ayında kampaniyaya 404 milyon dollar, Tramp isə 295 milyon dollarla daxil olub.
Müşviq Tofiqoğlu,
Globalinfo.az