cHBuSj3Eilm3hN46j3fcjtvq5j5oBUKlRP1avCyP 1200

Rusiyanın istintaq orqanları dünya çempionu olan şahmatçı Harri Kasparova qarşı yeni cinayət işi açıb.

Globalinfo.az xəbər verir ki, onun barəsində xarici agentin öhdəliklərini yerinə yetirməmək haqqında iki epizod üzrə qiyabi ittiham irəli sürülüb.

Sənədlərə əsasən, söhbət Rusiya Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin ikinci hissəsindən gedir.

“Bu maddədə iki ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Sözügedən maddə üzrə cinayət işi 205.2-ci maddənin ikinci hissəsi – terrorizmə açıq surətdə çağırış, bəraət qazandırma və ya təbliğ etmə üzrə işlər bir icraata birləşdirilib. Bu maddə üzrə maksimum cəza olaraq yeddi ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur”, – deyə “Gazeta” nəşri yazıb.

Qeyd edək ki, Kasparov 2025-ci ilin dekabrında terrorizmə açıq çağırışlar ittihamı ilə qiyabi həbs olunub. Moskva şəhər məhkəməsi qərarı qanuni hesab edib və apellyasiya şikayətini rədd edib.

Xatırladaq ki, Harri Kasparov Bakı şəhərində doğulub və təhsilini burada alıb. 

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: