Harmancı: “Azərbaycanın ÜST-dən çıxması ilə bağlı ehtimal…”

harmanci

Hazırda Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə bağlı ehtimal yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.

“ÜST ölkəyə həmin dövlətin rəsmi dəvəti ilə gəlir. ÜST-ün missiyası olduğu ölkədə Səhiyyə Nazirliyinə dəstək verməkdir. Bütün ölkələr nə vaxtsa təşkilatdan çıxa bilər. Amma hazırda Azərbaycanla bağlı belə bir ehtimal yoxdur”, – ÜST rəsmisi vurğulayıb.