hantavirus

Hantavirusa yoluxma hallarının sayı 13-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“İspaniyada karantində olan sərnişinlər arasında yeni bir xəstəlik hadisəsi qeydə alınıb. Ümumi yoluxma hallarının sayı 13-ə çatıb. Vəziyyət sabit olaraq qalır”, – deyə o, sosial media hesabında yazıb.

Qeyd edək ki, hantavirusun yayılması mayın 4-də elan edilib.

MV Hondius gəmisi Argentinadan Kabo-Verdeyə Atlantik  okeanını keçərkən  bəzi sərnişinlərdə ağır tənəffüs yolu xəstəliyi simptomları yaranıb.

Bildirilir ki, hantavirus yoluxmuş gəmiricilərin (siçovul və ya siçan) sidiyi və ya nəcisi ilə çirklənmiş havanı nəfəs almaqla ötürülə bilər. Simptomlara qızdırma, baş ağrısı, əzələ ağrısı, ağciyər və böyrək problemləri daxildir. Hantavirusun ölüm nisbəti təxminən 38% təşkil edir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: