haniyeyi hemas

“ABŞ və İsrail HƏMAS rəsmisi İsmayıl Haniyəyə qarşı sui-qəsdin həyata keçirilməsində sıx əməkdaşlıq ediblər”.

Globalinfo.az xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Birləşmiş Qərargahının (SEPAH) keçmiş rəisi Sərdar Alei deyib.

Onun sözlərinə görə,  iki ölkə Tehranda Haniyənin iqamətgahı vurulmadan öncə kəşfiyyat və əməliyyatın həyata keçirilməsi istiqamətində çalışıblar.

“İsrail bununla qruplaşmanın üzvlərinə demək istəyir ki, dünyanın heç bir yerində onlara rahatlıq verməyəcək. Bu, həm də İran hökumətinə bir mesajdır. Onlar Tehranda dəyişikliklərin olmasını müsbət qarşılamırlar”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: