***11:25
Tehranda öldürülən HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin dəfn mərasimi avqustun 2-də Qətərin paytaxtı Dohada keçiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə HƏMAS məlumat yayıb.
Vida mərasimi avqustun 1-də İranın paytaxtı Tehranda baş tutacaq.
Qeyd edək ki, İ.Haniyənin Tehranda dəfn olunacağı iddia edilirdi.
Ayşən Mustafa
Globalinfo.az