Hakim futbolçunu ölümdən qurtardı

Almaniya Bundesliqasının 25-ci turunda “Bavariya” ilə “ Maynts” arasında keçirilən oyunda (8:1) xoşagəlməz hal yaşanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, matç zamanı “Maynts”ın futbolçusu Jozua Qilavoqi komanda yoldaşı Entoni Caci ilə toqquşaraq yerə yıxılıb.

Hərəkətsiz qalan Jozuanın dili qatlanıb. Oyunu idarə edən hakim Patrik İtriç isə futbolçunun yanına gedərək ona kömək edib. Referi futbolçunu boğulmaqdan xilas edib.