
Türkiyənin xarici işlər naziri Hakan Fidan fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı Ukrayna üzrə nizamlanma perspektivlərini müzakirə edib. Danışıqların əsas mövzusu mayın 15-də İstanbulda baş tutacağı gözlənilən Kiyev və Moskva nümayəndələrinin potensial görüşü olub.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, tərəflər Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması istiqamətində səyləri müzakirə ediblər.
Daha sonra Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla da telefon danışığı aparıb. Rusiya XİN başçısı ilə telefon danışığı zamanı mövzu yenə Ukraynada sülhün təmin edilməsi olub.
*** 21:50
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.
Fidan və Rubio söhbət zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriya, Qəzza və Ukrayna da daxil olmaqla bir sıra regional məsələləri müzakirə ediblər.
Aysel Əliyeva
Globalinfo.az