Hakan Fidan Yorqos Gerapetritis ilə görşdü – FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Yunanıstanın xarici işlər naziri Yorqos Gerapetritis ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, görüş 60-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniyada baş tutub.

XİN başçıları görüş zamanı iki ölkə arasındakı münasibətləri və regional vəziyyəti müzakirə ediblər. Həmçinin dekabrın 7-də Afinada keçirilən 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasında imzalanmış sazişlərin davamı, qarşıda duran siyasi dialoq, müsbət gündəm və etimad tədbirləri çərçivəsində atılacaq addımlar barəsində fikir mübadiələsi aparılıb.

Eyni zamanda Yunanıstan xarici işlər nazirinin Ankaraya səfəri ilə bağlı hazırlıqlardan söz açılıb.

Əliyar Xəlil
Globalinfo.az