Hakan Fidan xəbərdarlıq etdi: “ABŞ və İran odla oynayırlar”

“ABŞ və İran ikisi də odla oynayırlar, regionda təhlükə ilə üz-üzəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, ABŞ və İran arasındakı gərginliyin təhlükəli olduğunu bildirib:

“Qəzzada müharibə başladığı ilk gündən gərginliyin regiona yayılacağına dair xəbərdarlıq etmişdik. Ona görə də, baş verənlər bizi təəccübləndirmədi. Hazırda iki tərəf də gərginliyi nəzarətda saxlamağa çalışır. Bunu müəyyən mərhələyə keçməsini istəmirlər. Bu odla oynamaqdır. Odla oynadığınız zaman hər an yanğın ola, vəziyyət nəzarətdən çıxa bilər. Biz hazırda bu risklə üz-üzəyik”.

Əliyar Xəlil
Globalinfo.az