16:35
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyanın paytaxtı Dəməşqdə gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi görüşdən foto paylaşıb.
Bildirilir ki, nazir Fidan Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Şara ilə görüşüb.
Hakan Fidan deyib:
“61 illik Baas rejimi zamanı şəhid olanları rəhmətlə yad edirəm. Mən möhtərəm Prezidentimizin xüsusi salamlarını gətirmişəm. Türkiyə olaraq tarixin doğru tərəfində olmağımızla haqlı olaraq fəxr edirik. Mən bu gün Dəməşqdəyəm, çünki bu gün də sizi ən qaranlıq günlərinizdə olduğu kimi tək qoymayacağıq. Türk xalqı, türk dövləti və prezidentimiz cənab Ərdoğan hər zaman sizinlə olacaq.
Suriyanın azad və firavan olması sizin sayənizdə olacaq. Suriyada dövlət bütün funksiyaları ilə ayağa qalxmalıdır. Suriyada yeni administrasiyanın fürsətə və zamana ehtiyacı var.
Suriya xalqının PKK/YPG ilə mübarizəsində qətiyyətini gördüm. Suriyada PKK/YPG-yə yer yoxdur. PKK/YPG ən qısa zamanda özünü dağıtmalıdır. Baas zülmətindən qurtulan Suriya DEAŞ və PKK-dan təmizlənəcək”.
Əhməd Şəra deyib:
“Nazir Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”.
