Hakan Fidan ABŞ-a gedir

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edəcək.

Globalinfo.az xəbər verir ki, o,  bunu Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı açıqlayıb.

XİN başçısı səfərin növbəti həftə baş tutacağını bildirib:

“2021-ci ilin oktyabrında Rəcəb Tayyib Ərdoğanla  ABŞ prezidenti Bayden arasında strateji mexanizm yaradıldı. Enerji və diplomatik məsələlər kimi bir çox mövzuları müzakirə etmək üçün alt qruplar formalaşdırıldı. Bu dəfə həmkarım Antoni Blinkenin dəvəti ilə gələn həftə strateji mexanizmlə bağlı görüş keçirmək üçün ABŞ-a səfərim planlaşdırılıb. Hər iki ölkədə seçki ab-havası var, bu arada nələr edilə biləcəyini danışacağıq”.

Əliyar Xəlil
Globalinfo.az