hafiz elnare 1

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımova barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, H.Babalının həbs müddəti 1 ay, E.Qasımovanın həbs müddəti 2 ay uzadılıb.

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılıan istintaq üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları – Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Paylaş: