Hafiz Babalı saxlanıldı

Jurnalist Hafiz Babalı saxlanılıb.

Globalinfo.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, “Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hafiz Babalının saxlanılması ilə bağlı məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı saytımıza təsdiq edib.

Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittiham ilə həbs ediliblər.