Hadrutda söküntü işləri aparılacaq

Xocavənd rayonunun Hadrut qəsəbəsinin tikintisi məqsədilə söküntü işləri aparılacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti məlumat yayıb.

Məlumata görə, qurum artıq bununla bağlı hazırlıq işlərinə başlayıb. Söküntü işləri ilə yanaşı şaquli planlaşdırma işləri də aparılacaq. Bütün bu işlərə iki milyon manat xərclənməsi planlaşdırılır.