Hadi Rəcəbli dəfn olundu – FOTOLAR

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli dəfn olunub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, onun cənazəsi “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

***13:34

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə vida mərasimi başa çatıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Təzəpir məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər.

Hazırda onun cənazəsi dəfn olunması üçün II Fəxri xiyabana aparılır.

***11:10

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzə Pir məscidində vida mərasimi keçirilir.

Globalinfo.az bildirir ki, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.