Hacıqabulda minik maşını TIR-la toqquşdu – 15 yaşlı qız öldü, xəsarət alan var – FOTO

Hacıqabulda yol qəzası baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Əliyeva Vəfa Fərhad qızının idarə etdiyi “Hyundai” markalı avtomobil TIR-la toqquşub və dəmir arakəsməyə çırpılıb. Nəticədə sürücünün 15 yaşlı qızı hadisə yerində ölüb. Xəsarət alan V. Əliyeva Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.