Hacıqabulda avtomobil yük maşınına çırpılıb – Ölən və yaralı var

Hacıqabulda bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Pirsaat qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili qarşıda gedən “KAMAZ” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəza sonucunda Hacıqabul sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu hadisə yerində ölub. Bir nəfər isə Hacıqabul rayon sakini, 1961-ci il təvəllüdlü Əsgərov Bəxtiyar Əsgər oğlu müxtəlif dərəcəli xəsarətlər alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, A. Abuzərli 29 il DYP-nin Hacıqabul rayonundakı Nəvahi postunda mülki şəxs kimi çalışıb.

Faktla bağlı araşdırma aparılır.