Hacıqabulda avtomobil arabaya çırpılıb, yaralananlar var

Hacıqabul rayonunun Meyniman kəndində avtomobil qəzası baş verib.

Globalinfo.az-ın APA-ya istinadən məlumatına görə, “Prado” markalı avtomobil araba ilə toqquşub. Nəticədə arabada olan Hacıqabul rayonunun Meyniman kənd sakinləri, 1967-ci il təvəllüdlü Təhsin Namaz oğlu Eynalov və 1979-cu il təvəllüdlü Nəsirov Vəfadar Əzabulla oğlu ağır vəziyyətdə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.