hcq 9

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Abdulabad kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Qara Həsənovun idarə etdiyi QAZ-31 markalı avtomobillə həmkəndlisi Elnur Qasımovun idarə etdiyi “Belarus” markalı traktor toqquşub.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Qara Həsənov, 1984-cü il təvəllüdlü Elnur Qasımov, traktorda olan sərnişinlər – 1993-cü il təvəllüdlü Bayram Babayev və onun 2016-cı il təvəllüdlü oğlu M.Babayev yüngül xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: