Hacı Surxay qardaşının ölüm səbəbindən danışdı

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə nümayəndəsi, “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədlinin qardaşının vəfat etməsi haqda xəbər vermişdik.

Globalinfo.az məsələ ilə bağlı Hacı Surxay Məmmədli ilə əlaqə saxlayıb.

O, qardaşının onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib:

“Qardaşım bir il idi onkoloji xəstəlikdən müalicə olunurdu. Amma bu gün 48 yaşında vəfat etdi”.

Zaira Akifqızı
Globalinfo.az