Hacı Şahinin ailəsi “Məşədi Dadaş” haqda məlumat yaydı

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin adına açılmış Feysbuk səhifəsində Məşədi Dadaş məscidindən paylaşım edilməyəcəyi bildirilib.

Globalinfo.az xəbər verir ki, bundan sonra səhifədə ilahiyyatçının fəaliyyəti ilə bağlı paylaşımlar olacaq.

“Çoxsaylı müraciətlərinizi nəzərə alaraq bildiririk ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları mərhumun elmi-mənəvi irsinin qorunması istiqamətində fəaliyyətini davam etdirəcək. Məşədi Dadaş məscidinə yeni təyinatla bağlı olaraq, məsciddəki tədbirlərin işıqlandırılması isə bizə aid deyil”, – paylaşımda qeyd edilib.

Zaira Akifqızı
Globalinfo.az