Ərdoğan zəlzələ ilə bağlı çıxış etdi – VİDEO

“Biz təkcə cümhuriyyət tariximizin deyil, coğrafiyamızın və dünyanın ən böyük fəlakətlərindən biri ilə üz-üzəyik”.

Globalinfo.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, hazırda dağıntılar altında 53 317 nəfərdən ibarət axtarış-xilasetmə heyəti çalışır: “Türkiyədən və xaricdən gələn komandaların sayı hər keçən saat artır”.

Ərdoğan 3549 nəfərin həlak olduğunu açıqlayıb. O bildirib ki, 22 168 nəfər xəsarət alıb: “Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib”.